Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-07-2026 , 20:49

276

Son xəbərlər

Bütün xəbərlər

Şabranın mədəniyyət qoruyucuları

Gündəlik Xəbərlər
18-07-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

16 bələdiyyənin 634 min manat DSMF borcu var: CİDDİ SİQNAL

DSMF borcunun olması bələdiyyələrə ciddi problem yaratmaqdadır: PROBLEMƏ NECƏ ƏNCAM ÇƏKMƏLİ?

Belediyye.infonun əldə etdiyi məlumata görə, Yardımlı rayonunda formalaşan səkkiz bələdiyyənin DSMF-olan borcu 106.146 manat təşkil edir. Məlumatda qeyd edilir,  Vərgədüz bələdiyyəsi 22.022 manat, Porsova bələdiyyəsinin 10.805 manat, Hamarkənd bələdiyyəsinin 13.457 manat, Şəfəqli bələdiyyəsinin 11.515 manat, Ərus bələdiyyəsinin 12.213 manat, Astanlı bələdiyyəsinin 9.772 manat, Çayüzü bələdiyyəsinin 17.134 manat, Yardımlı şəhər bələdiyyəsinin 19.000 manat təşkil edir.

Əlavə edək ki, Gədəbəy rayonunda formaşalan 10 bələdiyyədən, Gədəbəy və Slavyanka bələdiyyələri istisna olmaqla, 8 bələdiyyənin DSMF-yə 527.600 manat borcu var.

Belediyye.infonun əldə etdiyi məlumata görə,  İvanovka bələdiyyəsinin 59.000 manat, Düzrəsullu bələdiyyəsinin 45.000 manat, Slavanka bələdiyyəsinin  19.200 manat,  Misginli  bələdiyyəsinin 156.000 manat, Qoşabulaq bələdiyyəsinin 19.000 manat,  Söyüdlü bələdiyyəsinin 21.000 manat,  Arıqran bələdiyyəsinin 70.000 manat,  Qaraməmmədli bələdiyyəsinin  22.400  manat,  Qaramurad bələdiyyəsinin 116.00 manat DSMF  -yə borcu var.

Beləliklə, Yardımlı rayonunda formalaşan səkkiz bələdiyyənin 106.146 manat, Gədəbəy rayonunda formalaşan on bələdiyyədən səkkizinin 527.600 manat DSMF borcu var. Ən az borcu olanın  Yardımlı rayonu, Astanlı bələdiyyəsinin 9.772 manat, ən cox isə Gədəbəy rayonunda formalaşan Misginli bələdiyyəsinin 156.000 manat borcu var.

Bu borclar 2015-ci ilədək mövcud olmuş borclardır. Və bu borcların 20 faizədək hissəsi əlavə hesablanmış faizdir.   

******

İlkin olaraq əldə etdiyimiz məlumata görə, bütövlükdə ölkə bələdiyyələrinin ümumilikdıə DSMF yə olan borcunun həcmi yeddi milyon manatı keçib. Bu rəqəmin 25 faizədək hissəsi əlavə hesablanmış  faizlərdir. Mən hələ Bakı və Abşeron rayonunda formalaşan bələdiyyələrin DSMF borcuna toxunmuram.

Sözsüz ki,  kifayət qədər olan bu borcun silinməsi  haqqında qeyd etdiyimiz 16 bələdiyyənin hər biriniə ciddi problem yaşatmaqdadır. Nəzərə alaq ki, borcların bağlanılması bələdiyyələrin özləri tərəfindən silinməsi sözsüz ki, mümkün olmayacaq. Bu heç mümkün də deyil.  Çünki bu kənd bələdiyyələrinin bir çoxlarının  illik dövrüyyəsi 10 min manatı keçmir.

Belə olan halda bu borcun bağlanılması ilə bağlı müvafiq qurumlar tərəfindən ciddi dəstəkləyici addımlar atılmalıdır.

Təklif edərdik ki, bunun üçün ilk olaraq faizlərin hesablanmasını dayandırmaq lazımdır. Və bələdiyyələrə borcun ödənilməsi ilə bağlı hələlik aylıq cari börcun ödənilməsinə şərait yaradılmalıdır. Mütəmadi olaraq cari  ödənişləri edən bələdiyyələrin bank hesabı açılmalı və fəaliyyəti üçün şərait yaradılmalıdır. Bütün hallarda bu qədər borcun bağlanılması üçün xüsusi strateji proqramın hazırlanmasına ehtiyac vardır.

Yeri gəlmişkən əlavə edim ki, ölkədən çıxışa qadağa qoyulması ilə problem öz həllini tapmayacaqdır.

***

Beləliklə, göründüyü kimi, DSMF borcunun bağlanılması ilə  bağlı ciddi addımların atılmasına zəruriət yaranıb. İndiki halda ləngimək olmaz. Porsesin icrası ləngidikcə bələdiyyələrin də problemləri artacağını nəzərə almalıyıq.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şabranın mədəniyyət qoruyucuları

Gündəlik Xəbərlər
18-07-2026
308

Səkkiz bələdiyyənin yarim milyon manat  borcu var

Gündəlik Xəbərlər
08-07-2026
484

Bələdiyyə icra-münasibətlərində Masallı təcrübəsi

Gündəlik Xəbərlər
30-06-2026
687

Şuşa rayonunun demoqrafik vəziyyəti haqqında

Gündəlik Xəbərlər
09-06-2026
512

Bələdiyyələrə dotasiya nə vaxt ayrılacaq?

Gündəlik Xəbərlər
01-06-2026
717